17 oktyabr 2025
42
Kürdəmirdə uşaq bağçasında yanğın
Kürdəmir şəhərində uşaq bağçasında yanğın olub.Yenimeydan.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, şəhərdə fəaliyyət göstərən uşaq bağçasının ərazisində 7 m² sahədə taxta tullantıları, bitişik ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli 16 otaqlı bağça binasında iki otağın yanar konstruksiyaları 50 m² sahədə, 2 ədəd pəncərə çərçivəsi, 8 ədəd çarpayı və dam örtüyünün taxta atmaları 25 m² sahədə yanıb.
Bağça binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar Xəbərlər:

FHN-in Əsaslı Tikinti İdarəsi ilə “AZƏRİ BİZNES” MMC 7 aydır yerində sayır –Nədə razılaşa bilmirlər?

Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ - adını TENDER qoyublar... AMMA...

Sumqayıtda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib -YENİLƏNİB/FOTOLAR

Kürdəmirdə tenderdə milyondan artıq vəsaiti udan "MALA" kimindir?

İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı