15 oktyabr 2025
45
Ramiz Mehdiyevin icra başçılarına tikdirdiyi mülklər – FOTO
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə bir çox icra başçısına özünə ev və digər mülklər tikdirdiyi bildirilir.Yenimeydan.info 7times-a istinadən xəbər verir ki, həmin mülklərdən biri Xaçmaz rayonunun Nabran istirahət zonasında yerləşir. 1 hektar ərazini əhatə edən 4 mərtəbəli villa 2012-ci ildə Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən tikilərək Ramiz Mehdiyevə hədiyyə edilib. Villanın daxilində hovuz və idman meydançası da mövcuddur.Ramiz Mehdiyevə villa hədiyyə edən icra başçıları arasında Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov da var. O, Şabran rayonuna rəhbərlik etdiyi dövrdə rayonun Gilavar kəndində 2 ev tikdirərək Ramiz Mehdiyevə hədiyyə edib. Kəndin ucqar hissəsində yan-yana inşa edilən bu evlərdən biri taxta konstruksiyalıdır. Rayon mərkəzindən təxminən 30 km məsafədə yerləşən kənddə Ramiz Mehdiyevə məxsus daha bir villa da mövcuddur.
Mediatv.az həmin villaların şəkillərini təqdim edir.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ramiz Mehdiyevin kürəkəni məhkəmə qarşısında

Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ

Prezident əfv sərəncamı imzaladı – SİYAHI