11 oktyabr 2025
49
İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
İsrail hökuməti Qəzzada yenidən müharibəyə başlaya bilər.Yenimeydan.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Problemlər hər zaman yarana bilər. Netanyahunun xüsusən sülh məsələsində nə qədər güvənsiz olduğunu bilirik. İsraildə yenidən müharibəni başlatmaq meyli yarana bilər. Ona görə də beynəxalq ictimaiyyət hazırda yüksək hazırlıq vəziyyətindədir.
Nəhayət, girov məsələsi həll edildikdən sonra İsrailin öz legitimliyini dəstəkləmək üçün artıq heç bir arqumenti olmayacaq. Təcrübədə müəyyən problemlərin yaranacağını təxmin etməliyik. Bu qaçılmazdır”, - deyə Fidan bildirib.
Oxşar Xəbərlər:

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Türkiyə və İsrail arasında:Azərbaycan körpü ola biləcəkmi?

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO