11 oktyabr 2025
61
Təyyarə havaya qalxdıqdan sonra yerə çırpıldı: ölənlər var
Avstraliyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.Yenimeydan.info xəbər verir ki, yerli polis qəza nəticəsində 3 nəfərin öldüyünü bildirib.
Məlumata görə, qəza yerli vaxtla səhər saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 3:00) Şellharbur hava limanı yaxınlığında (Sidneydən 100 km cənubda yerləşir) baş verib.
Qeyd olunub ki, təyyarə hava limanından qalxdıqdan dərhal sonra yerə çırpılıb və zərbədən sonra alovlanıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” -ŞƏRH
Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Prezident əfv sərəncamı imzaladı – SİYAHI