11 oktyabr 2025
34
Fuad Ələsgərovun qəbulunda olan valideynin övladının vəsadəti qəbul olunmadı:PREZİDENTƏ VİDEOMÜRACİƏT
Elvin Şirinov izahatında işinə ədalətli baxılmayacağı və haqq etdiyi bəraəti almayacağı halda həyatına qəsd edəcəyi ilə bağlı “ölüm ərizəsi” yazaraq Sabunçu rayon prokurorluğunun əməkdaşlarına təqdim edib. Bunun ardınca heç bir tədbir görülməyib. Cumhuriyyet.az-a daxil olan məlumata görə sentyabrın 21-də səhər saat 5-30 radələrində Elvin Şirinov Kürdəxanı təcridxanasında mələfə ilə özünü asararaq növbəti dəfə intihara cəhd edib. Kamera yoldaşlarının təsadüfi müdaxiləsi nəticəsində sağ qalan E.Şirinov intihardan öncə yazdığı məktubda ölümündə təcridxana rəhbərliyinin heç bir günahı olmadığını, aparılan qeyri-obyektiv istintaqa və məhkəmə prosesinə etiraz əlaməti olaraq bu addımı atdığını qeyd edib. E.Şirinovun həyatı təhlükəsi ilə bağlı anası, yaxınları Respublika Prokurorluğuna, ölkə rəhbərliyinə müraciət edib. Redaksiyamıza verilən məlumata görə bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərovun göstərişi ilə məhbusun yaxınları qəbul olunub və işinəzarətdə saxlayacaqlarını bildiriblər. Ötən gün Fəhmin Hümbətovun sədrliyi ilə Sumqayıq Ağır Cinayətlər Məhkəməsində Hidayətov Zöhrab Raqub oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 192.3.2 və 206.3.2-ci maddələri və təqsirləndirilmələrinə dair cinayət işinin növbəti məhkəmə prosesi keçirilib və dövlət ittihamçısı ağır cəza tələb edib. Onu da bildirək ki, onlayn keçirilən məhkəmə prosesində Elvin Şirinov iştirak etməkdən imtina edib və ədalətsizliyə etiraz olaraq intihar edəcəyini bildirib. Digər müttəhim Hidayətov Zöhrab Raqub oğlunun atası prezidentə müraciət edib. Müraciəti diqqətinizə çatdırırıq:(Cumhuriyyet.az)
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI