09 oktyabr 2025
60
Mədəniyyət Nazirliyində korrupsiya - RƏSMİ İFŞA!
Hesablama Palatasının Mədəniyyət Nazirliyində apardığı yoxlamalar zamanı çoxsaylı maliyyə pozuntuları aşkarlanıb.
Bu barədə Gununsesi.info-ya adıçəkilkən nazirlikdəki mənbə deyib.
Məlumata görə, yoxlamalar zamanı 8 milyon manata yaxın büdcə vəsaitinin müxtəlif MMC-lər vasitəsilə silindiyi məlum olub.
Bildirilir ki, ölkənin siyasi rəhbərliyinin qərarına uyğun olaraq, bu faktlar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək.
Bu isə nazir Adil Kərimlinin “vurulması” deməkdir.
Çünki, söhbət bir neçə yüz min manatın yox, 8 milyona yaxın vəsaitin talan olunmasından gedir.
“Gününsəsi”ni bilgiləndirən mənbə onu da vurğulayıb ki, nazir Adil Kərimli məsuliyyətdən qurtulmaq üçün komandasından bir neçə nəfəri qurban verməyə hazırlaşır.
Onu da xatırladaq ki, dünən saytımızda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəylinin vəzifəsindən kənarlaşdırılacağına dair xəbər yayılıb.
Bildirilir ki, nazir büdcə talanmasına görə daha iki nəfəri günahkar görür.
Məsələ ilə bağlı Hesablama Palatasına verdiyimiz sorğunun cavabını da təqdim edəcəyik.
Mədəniyyət Nazirliyinin mətbuat xidməti isə sualımızı şərh etməkdən imtina edib.
Qurumun sözçüsü Aynur Kərimova saulımızı cavablandırmaq əvəzinə informsiyanın qaynağını bizdən soruşub.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...