08 oktyabr 2025
45
“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” - Video
“Qafqazinfo” xəbər verir ki, mərhumun qızı Lamiyə Quliyeva anası Ziyafət Səfiyevanın ölümündə həkimləri günahlandırır.
Onun sözlərinə görə, anasının başında xoşxassəli şiş aşkarlanıb və o, xəstəxanaya yerləşdirilərək əməliyyat olunub:Bizə Tural Rəhimli tərəfindən deyildi ki, bu, çox sadə əməliyyatdır, qorxulu heç nə yoxdur. Lakin əməliyyatdan bir gün sonra anamda kəskin beyin qanaması baş verdi. Belə vəziyyətdə biz 3 saat həkimi gözlədik, amma o, xəstəxanaya gəlmədi. Anam həmin müddət ərzində təcrübəsiz rezidentlərin və naşı tibb bacılarının nəzarətində qaldı. Yalnız anamın ağzından köpük gəldikdən sonra Tural Rəhimli xəstəxanaya gəlib və əməliyyata başladılar. Ondan anamın bu vəziyyətə düşmə səbəbini soruşanda isə “bilmirəm” dedi. Mənim anamın günahı nə idi? 36 min manat verdim, amma anamı öldürüb mənə verdilər”, – deyə Lamiyə Quliyeva bildirib.
Qeyd edək ki, şikayətlə bağlı xəstəxana rəhbərliyi ünvanlanan sualları cavabsız qoyub.
Ətraflı “Baku TV”nin videomaterialında:
Oxşar Xəbərlər:

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT

Plastik əməliyyat etdirən aktrisa: “Bədənimdən çirk axmağa başladı” – FOTO

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Əhməd Əhmədovun tükürpədici ifadəsi elan olundu – MƏHKƏMƏ İŞİ

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
