04 oktyabr 2025
57
Tbilisidə mitinqçilər Prezident sarayının ərazisinə giriblər – FOTOLAR (YENİLƏNİB)
Tbilisinin Azadlıq meydanında müxalifətin keçirdiyi mitinqdə xalq birliyinin bəyannaməsi oxunub.Yenimeydan.info xəbər verir ki, təşkilatçılardan biri “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze vətəndaşları sənəddə yer alan bəndləri dəstəkləməyə çağırıb.
Ətraflı Ad – 00:04 Mitinq iştirakçıları Azadlıq meydanından Prezident iqamətgahına doğru yürüş ediblər. Dövlət başçısının Orbeliani Sarayında və ətraf ərazilərdə təhlükəsizlik gücləndirilsə də etirazçılar Gürcüstan Prezidentinin sarayının ərazisinə daxil olublar.
Hadisə yerinə xüsusi təyinatlılar səfərbər edilib.
***
Tbilisinin mərkəzi Rustaveli prospektində mitinq keçirilir.
APA-nın yerli bürosu xəbəri verir ki, mitinqi yerli seçkiləri boykot etmiş müxalifət partiyaları təşkil edib.
Mitinqə bəzi bölgələrdən də iştirakçılar qatılıb. Tbilisinin bir neçə hissəsindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tbilisi Şəhər Şurasının binası qarşısında quraşdırılıb.
Təşkilatçılardan biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze deyib ki, aksiyada qətnamə qəbul ediləcək və həmin andan hakimiyyət xalqın əlində olacaq.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai təhlükəsizliyin qorunmasına əlavə polis qüvvələri cəlb olunub. Mitinq hələlik dinc şəraitdə davam edir.
Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi təşkilatçıları və iştirakçıları aksiyanı qanunla müəyyən edilmiş çərçivədə keçirməyə çağırıb. İstənilən qanun pozuntusu halına müvafiq hüquqi cavabın veriləcəyi bildirilib.




Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Ərdoğan, yoxsa İmamoğlu –Türkiyə erkən seçimini edir

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Qusarın yeni millət vəkili Rəşad Aslanov olacaq…..-Düztahir kəndinin sakinləri…-Video-Foto
Ermənilər Tərtər və Xocavənddə YÜRÜŞ KEÇİRDİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...