Bu barədə TV2 məlumat yayıb.
Məlumata görə, iki Norveç F-35 qırıcısı Poznana enib. Norveç kontingenti iki əlavə qırıcı ilə gücləndiriləcək.
Norveç Polşaya hərbi və texniki mütəxəssislər də göndərilib.
Bildirilir ki, Norveç qırıcıları NATO missiyasında iştirak etməklə Alyansın və Polşanın hava məkanının müdafiəsinə kömək edirlər. Onlar dekabrın 1-dən sonra yerüstü hava hücumundan müdafiə sistemləri ilə əvəz olunacaq Niderlandın F-35 qırıcıları ilə sıx əməkdaşlıq edəcəklər.
Qeyd olunur ki, sentyabrın 10-u gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının hava məkanına müdaxiləsindən sonra Polşa müttəfiqlərindən əlavə hava hücumundan müdafiə sistemləri istəyib.
04 oktyabr 2025
55
Polşaya yeni F-35-lər göndərildi...

NATO-nun şərq cinahında hava məkanının müdafiəsini gücləndirmək səyləri çərçivəsində Norveç iki F-35 qırıcısını Polşaya göndərib.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezidentlər Birgə Bəyanat imzaladılar
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

"Bayraqdar" dünyaya necə səs saldı? - "Blumberq"

Prezident əfv sərəncamı imzaladı – SİYAHI