01 oktyabr 2025
57
Afaq Əliyevanın "qara kassa"sı belə ifşa edildi:Şok səs yazısı
Bu dəfə Afaq Əliyevanın "qara kassa"sının məktəbdə rüşvət toplamasına dair səs yazısını əldə etmişik. Səs yazısında özünü Afaq Əliyevanın "sadiq adamı" kimi göstərən Yeganə Musayeva xüsusi canfəşanlıqla rüşvət toplayır. Hətta narazılıq edənlərə də sərt ritorika ilə bir növ xəbərdarlıq edir. Bu səs yazısı Afaq Əliyevanın rüşvət və korrupsiyaya bulaşmasının sübutudur. Ancaq o, Saleh Məmmədov və Lalə Şəfəqqətovanı Nizami rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət edib. Qanunsuz yerə işdən çıxartdığı müəllimləri hansı üzlə məhkəməyə verməsi isə ayrıca bir mövzudur. Onu ifşa edənlərə, qanunsuzluğunu ortaya çıxaranlara qarşı Afaq Əliyeva sözün əsl mənasında "müharibə" aparır və ona "dur" deyən tapılmır.
Hazırda Lalə Şəfəqqətovanın və Saleh Məmmədovun işinə Nizami rayon Məhkəməsinin hakimi Emin Axundov baxır. İnanırıq ki, hakim öz işinə və məsələyə vicdanla yanaşacaq və ədalətli qərar qəbul edəcək. Bununla da ədalətsizliyə uğrayan müəllimlərin canı Afaq Əliyevadan birdəfəlik qurtaracaq.(Tehsilmedia.az)
Səsyazı üçün videoya keçid edin.
Oxşar Xəbərlər:

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

201 saylı məktəb, yoxsa BAŞQA NƏSƏ?.. - İLGİNC İDDİALAR...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
