01 oktyabr 2025
52
Medvedev Putinə işləyən axmaq adamdır – TRAMP
ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi sərt tənqid edib.Yenimeydan.info xəbər verir ki, Tramp onu “Putinə işləyən axmaq adam” adlandırıb.O bildirib ki, ABŞ-a qarşı nüvə ilə hədələmək qəbuledilməzdir.
Tramp çıxışı zamanı generallar və admiral qarşısında ABŞ-nin Rusiya sahillərinə “bir və ya iki atom sualtı qayığı” göndərdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qərar “ehtiyat tədbiri” olaraq verilib. “Biz insanların “nüvə” sözünü sağa-sola saçmasına imkan verə bilmərik”, – deyə Tramp vurğulayıb.
Medvedev isə Trampın açıqlamasına sosial şəbəkədə cavab verib: “Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də orada pişik yoxdursa”. O, ABŞ liderinin reaksiyasını “həddən artıq əsəbi” adlandırıb və Rusiyanın öz yolunda davam edəcəyini bildirib.
Oxşar Xəbərlər:

KREMLİN “QAN ÇANAĞI” KİMİN BAŞINDA SINACAQ? –Trampı nüvə eskalasiyasına çəkməyin arxasında nə durur?

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO