25 sentyabr 2025
74
Suraxanıda rabitə xətlərinin üzərindəki qanunsuz tikiliyə kim icazə verib? – FOTO
Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 114 saylı tam orta məktəbin yaxınlığında qanunsuz tikintiyə başlanıldığı bildirilir.Yenimeydan.info xəbər verir ki, bu barədə jurnalist Pərvin Abuşova sosial şəbəkədə görüntülər paylaşıb.
Obyekt ərazidən keçən rabitə xətlərinin üzərində tikilir, tikinti ilə bağlı müvafiq sənədə möhür vurulmayıb.
Pravda.az məsələni araşdırmaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasa da, qurumdan heç bir mövqe bildirilməyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin isə suallarımıza cavabı belə olub: “Yerli səviyyədə ilk reaksiyanı icra hakimiyyəti verir. RİH yerində sənədləri yoxlayır və qanunsuz olduğu təqdirdə tikintini dayandırır. Komitə əməkdaşları da şikayət əsasında, yaxud səyyar qaydada qanunsuz tikili aşkarladıqda icra və digər aidiyyəti qurumlara tədbir görülməsi üçün müraciət edir”.



Oxşar Xəbərlər:

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi -DE-FAKTO

VII çağırış Milli Məclisin deputatları – SİYAHI

YAP namizədlərinin adlarını açıqladı - Tam siyahı

Prezident əfv sərəncamı imzaladı – SİYAHI