24 sentyabr 2025
57
Bu ölkə Rusiya qazının tranzitini dayandıracaq
Bolqarıstan Avropa İttifaqının qərarını icra edərək 2026-cı ildən etibarən Rusiya təbii qazının istifadəsi və tranzitini dayandıracaq.Yenimeydan.info xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rosen Jelyazkov Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib.“Biz Avropa İttifaqının bir hissəsi olaraq qəbul edilmiş qərara qoşulacağıq və yaxın perspektivdə – 2026-cı ildə Rusiya təbii qazının istifadəsi və ya tranzitinə dair bütün müqavilələrə son verəcəyik”, – deyə Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, hazırda Bolqarıstan qaz bazarında əsasən ixracyönümlü maye təbii qazdan istifadə edir və bu həcmlər ölkəyə xüsusi terminallar vasitəsilə daxil olur. Baş nazir əlavə edib ki, artıq ABŞ-dan oktyabr və noyabr ayları üçün qaz tədarükü məsələsi müzakirə edilib və bu, sərfəli şərtlərlə, rəqabətədavamlı qiymətlər əsasında həyata keçiriləcək.
Rosen Jelyazkov bildirib ki, Bolqarıstan enerji siyasətində Avropa İttifaqının strateji xəttinə sadiq qalaraq enerji təchizatının diversifikasiyası və təhlükəsizliyini prioritet hesab edir.
Oxşar Xəbərlər:

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Prezident əfv sərəncamı imzaladı – SİYAHI