23 sentyabr 2025
79
Polis Nyu-Yorkda Makronun kortejini saxladı – Trampa zəng etdi – Video
Nyu-Yorkda ABŞ polisi Fransa Prezidenti Emmanuel Makronun kortejini saxlayıb.Yenimeydan.info Fransanın “BFMTV” telekanalına istinadən xəbər verir ki, hadisə Makronun BMT-nin ofisini tərk edərkən baş verib.
Buna səbəb isə həmin ərazidən ABŞ lideri Donald Trampın kortejinin keçməsi və buna görə yolun bağlı olması olub.
Yolun niyə bağlı olması ilə bağlı polisə müraciət edən Makrona “Təəssüf edirəm, cənab Prezident, hazırda yol bağlıdır” cavabı verilib.
Bunun ardınca, Fransa prezidenti amerikalı həmkarına zəng edərək onun kortejinə görə yolda hərəkətsiz qaldığını zarafatla bildirib.
Bir müddətdən sonra yol piyadalar üçün açılıb və Makron yoluna piyada davam etmək qərarına gəlib.
Fransa mediasında yayılan kadrlardan Fransa liderinin həmin an Trampla söhbətini də davam etdirdiyini görmək mümkündür.
Həmin görüntüləri təqdim edirik:
Oxşar Xəbərlər:

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

Makronun növbəti məğlubiyyəti - Zelenski Britaniyanı seçir -ŞƏRH

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi