22 sentyabr 2025
82

Tovuz sakini döyülərək öldürüldü

   Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb.DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.
Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.