20 sentyabr 2025
91
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb-FOTOFAKT
Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının başçıları hər ay vətəndaş qəbulu keçirir.İlk dövrlər bu cür qəbullar cəmiyyətdə müsbət qarşılanırdı. Çünki, problemi olan, haqsızlıqla üzləşən insanlar birbaşa nazirin özüylə məsələni danışa bilirdi.Amma zaman keçdikcə bu ənənə formal xarakter daşıdı.
Belə ki, bir çox nazir və komitə rəhbərləri bölgələrə gedərkən vətəndaş qəbulu adı altında öz tabeliyində olan şəxslərlə görüşür.
Buna nümunə kimi Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun elə bugünlərdə Xaçmazda vətəndaş qəbulu adıyla bölgə mollaları ilə görüşünü göstərmək olar.
Tribunainfo.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 15-də Şabran rayonunda vətəndaşları qəbul edib.
Rəsmi açıqlamaya görə, qəbul zamanı Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşlar dinlənilib.
Ancaq görüşdən yayılan fotolarda komitə sədrinin qəbulunda olanların sadə vətəndaşlar deyil, din xadimləri olduğu görünür.
//Gununsesi.info
Oxşar Xəbərlər:

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

Prezident əfv sərəncamı imzaladı – SİYAHI