20 sentyabr 2025
91
Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Xocalı şəhərində bir sıra fərdi yaşayış evlərinin təmir və yenidənqurulması həyata keçiriləcək.
Teleqraf xəbər verir ki, görüləcək işlərə 3 milyon 365 min 699 manat xərclənəcək.
Təmiri “Şinkar Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti aparacaq.
Xatırladaq ki, bir müddət əvvəl “Şinkar Holding Xocalının Ballıca kəndində 63 fərdi yaşayış evlərinin cari təmiri işlərinin sifarışini də alıb. Bu müqavilənin dəyəri 3 milyon 312 min 708,4 manatdır.
Şirkət 2024-cü ildə Ballıca kəndində 43 yaşayış evinin əsaslı təmiri işlərini aparıb. Bu sifariş üçün “Şinkar Holding” ilə 1 milyon 495 min 349 manatlıq müqavilə bağlanıb.
Eyni ildə Xankəndi şəhərində “Zəfər parkı”nın salınması üçün söküntü işlərini aparıb. Bu sifarişin dəyəri 2.994.837 manat olub.
“Şinkar Holding” dövlət sifarişlərini birbaşa və bir mənbədən bağlanan müqavilələr əsasında icra edib.
Qeyd edək ki, “Şinkar Holding” 1999-cu ildə yaradılıb. Sərmayəsi 3 milyon manatdır. MMC-nin qanuni təmsilçisi Ələsgər Mehdiyev Fərrux oğludur.
Oxşar Xəbərlər:

Niyazi Bayramovun Gəncədə “yol əhvalatı”

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR

“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR

Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsın -İLGİNC FAKTLAR

Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR..