19 sentyabr 2025
97
Gömrükdəki tenderlər: özgəsinin nə işi var? - TƏFƏRRÜAT
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı hemodializ tibbi sərf materiallarının satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.
32gun.az xəbər verir ki, satınalmanın qalibi “ZEYTUN PHARMACEUTICALS” MMC olub. Müqavilənin məbləği 273.075,6 AZN təşkil edəcək.Lakin 32gun.az-ın əldə etdiyi digər məlumatlara görə, qalib şirkətə əvvəllər bir neçə dəfə maliyyə sanksiyaları tətbiq olunub. Belə ki, Operativ vergi nəzarəti çərçivəsində:
POS-terminalların quraşdırılması və istifadəsinə nəzarət zamanı 1000 manat,
Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı dəfələrlə 1000 manatdan 6000 manatadək maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov, Mərkəzi Gömrük Hospitalının rəisi və baş həkimi isə Bəxtiyar Musayevdir.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?

ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -TƏFƏRRÜAT+VİDEO

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI