17 sentyabr 2025
90
Müştərilər “Slavyanka” sularından kütləvi halda imtina edir – Səbəb
Qablaşdırılmış “Slavyanka” sularından pis qoxu və fərqli tam gəlməsi ilə bağlı müştərilərin sosial şəbəkələrdə yazdığı şikayəti artır.Tribunainfo.az xəbər verir ki, sözügedən marka sudan qoxu gəlməsi ilə bağlı məlumatı şikayətçi Toğrul Nəsirov paylaşıb. O bildirib ki, uzun müddətdir istifadə etdiyi “Slavyanka” sularından son günlər pis qoxu gəlir:
“Şikayətim “Slavyanka” suyuyla bağlıdır. Əvvəl çox alırdım, indi iki dəfə ardıcıl almışam, sudan üfunət iyi gəlir. Qoxu qabdan yox, məhz sudan gəlir. Suyu başqa qaba töküb yoxladım. Qabdan yox, suyun özündən qoxu gəldiyini bildim”.
Şikayətçinin bu paylaşımına digər istifadəçilər də səssiz qalmayıb.
Cəfər Cəfər adlı şəxs də bildirib ki, “Slavyanka”dan çoxdan iy gəlir:
“Açıb içəndən sonra suyun tamı dəhşət dəyişir”.
Elmir Süleymanov da bu sudan imtina edənlərdəndir:
“Əvvəl bu su çox keyfiyyətli idi. İndi bərbad sudu”.
Digər şikayətçilərin də yazdıqlarını təqdim edirik:
Qeyd edək ki, nizamnamə kapitalı 100 AZN, qeydiyyat ünvanı isə Gədəbəy rayonu, Zəhmətkənd kəndi olan MMC-nin qanuni təmsilçisi Ramil Calal oğlu Fərzəliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul
Oxşar Xəbərlər:

Leyla və Arzu Əliyevalar Şamaxıda olublar

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

MİLYARDER FƏRHAD ƏHMƏDOVUN ŞİRKƏTİ XALQA MİKROBLU SU İÇİRİRMİŞ… – ARAŞDIRMA – RƏSMİ