15 sentyabr 2025
112
Xırdalanda yerləşən 9 nömrəli məktəbdə valideynlərdən pul yığılır –VİDEO
Məlumata görə, 9 nömrəli tam orta məktəbin Valideyn komitəsinin sədri vəzifəsini icra edən Aygül adlı xanım bununla bağlı sosial şəbəkədə yaradılan qrupda valideynlərə pulu karta və ya nağd şəkildə təqdim etmələrini istəyir.
Bu səs yazısından sonra bəzi valideynlər pulu vermədiklərinə görə Aygül adlı xanım qrupa yenidən səs göndərir. Bu dəfə isə tələb formasında.
Məsələ təmir pulu ilə də yekunlaşmır. Bu dəfə isə tort və gül pulu üçün vəsait tələb edir.
Daha sonra müəllimin ad günü üçün qızıl- zinət əşyalarının alınması üçün valideynlərdən pul istənilir.
Səs yazısında Aygül adlı şəxs tələb olunan vəsaiti verməyən valideynləri yenidən təkidlə pulu vermələrini istəyir. Bu dəfə isə söhbətdə direktor müavininin adı hallanır.
Məsələ ilə bağlı Valideyn komitəsinin sədri vəzifəsini icra edən Aygül adlı xanımla əlaqə saxladıq. O, bu halların məcburi olmadığını, təşəbbüs xarakterli olduğunu və təlimatların isə məktəb rəhbərliyi tərəfindən verildiyini bildirdi.
9 nömrəli məktəbin direktoru Qərənfil İbrahimova ilə əlaqə də saxladıq. O, bütün iddiaların əsassız olduğunu qeyd etdi.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə də müraciət etdik. İdarədən “Xəzər Xəbər”ə bildirdi ki, məsələ araşdırılacaq.
Oxşar Xəbərlər:

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

240 nömrəli məktəbdə: “31 illik hökümdarlıq kreslosundan Korrupsiya gedən yollar” – İDDİA

"Marmara Group"un təhsil və vergi FIRILDAĞI... -NARAZILIQ!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
