15 sentyabr 2025
81

Kəlbəcərə növbəti köç - Fotolar

kelbecere-novbeti-koc

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Yenimeydan.info  AZƏRTAC-a istinadən xəbər verir ki, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.