12 sentyabr 2025
161
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomobillərinin cari təmiri məqsədilə ehtiyat hissələri alacaq.
Teleqraf xəbər verir ki, ehtiyat hissələrinin alınmasına 985 min 127 manat xərclənməsi nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqə çərçivəsində avtomobillər üçün geneşləndirici maye baçokunun giriş və çıxış şlanqları, oksigen sensorları, hava ölçən, qaz paylayıcı val və dirsəkli valın datçikləri daxil olmaqla müxtəlif ehtiyat hissələrinin alınması planlaşdırılır.
Oxşar Xəbərlər:

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?

Cari təmir edən, ehtiyat hissələri satan MMC gənc astronavtlara təlim xidməti də keçir - BU NƏDİ BELƏ?..
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...
TƏBİB təcili yardımın ləğv olunmasının səbəbini açıqlayıb