10 sentyabr 2025
150
Ukrayna PUA-ları az qala Putini vuracaqmış
Ukraynanın pilotsuz təyyarələri (PUA) ötən gecə Soçiyə hücum etdikdən sonra maraqlı məlumat üzə çıxıb. Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, PUA hücumu nəticəsində bir avtomobilin sürücüsü həlak olub, bir neçə evə ziyan dəyib.
Yenimeydan.info xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, gecə ərzində üç dəfə həyəcan siqnalı verilib, Soçi hava limanı isə yarım saatdan çox bağlı qalıb.
Şayiələrə görə, Rusiya prezidenti Vladimir Putin həmin vaxt şəhərdə ola bilərdi. Bir gün əvvəl o, Soçidə BRICS-in növbədənkənar iclasında iştirak edib və prezidentin İl-96 təyyarəsi hələ də hava limanındadır.
Vladimir Putinin Boçarov Ruçey iqamətgahı Soçidə yerləşir və o, dron hücumları səbəbindən getdikcə oranı daha az ziyarət edir.
Oxşar Xəbərlər:
Soçidə neft anbarı vuruldu:Yanğın sürətlə genişlənir

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT