09 sentyabr 2025
107
Yasamaldakı 38 saylı məktəb müəllimlərə təmir etdirilir? (VİDEO)
Sinif rəhbərlərinə sinif otaqlarını təmir etmək üçün məktəb rəhbərliyi tərəfindən tapşırıq verilib.Bu iddianı sosial şəbəkə platformalarında paytaxtın Yasamal rayonundakı 38 saylı tam orta məktəbin müəllimləri səsləndirib.
Digər müəllimlər və sinif rəhbərləri də otaqları özləri könüllü təmir etdiklərini deyirlər.
Xəzər TV məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edib. İdarədən bildirilib ki, yeni dərs ilinə hazırlıqla bağlı paytaxtda ehtiyac olan 100-ə yaxın ümumitəhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib. Təhsil müəssisələrində aparılan təmir-bərpa işləri yeni dərs ili başlayanadək tam yekunlaşacaq.
Məktəb icmasının isə bu işlərə cəlb olunmasına ehtiyac yoxdur.
Oxşar Xəbərlər:

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

VII çağırış Milli Məclisin deputatları – SİYAHI

YAP namizədlərinin adlarını açıqladı - Tam siyahı

Prezident əfv sərəncamı imzaladı – SİYAHI