05 sentyabr 2025
153
"Bloomberg": "ABŞ Asiya-Sakit okean regionunda hegemonluğunu itirib"
ABŞ artıq Asiya-Sakit okean regionunda hegemon statusunu itirib.
Yenimeydan.info -nun məlumatına görə, bu qiymətləndirməni "Bloomberg" agentliyi aparıb.
Nəşr qeyd edir ki, Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri sayca ABŞ Hərbi Dəniz Qüvvələrini geridə qoyub. Agentlik xatırladır ki, Çin tez bir zamanda yeni təyyarə, raket və digər hərbi texnika modellərini istifadəyə verir və Pekinin hərbi gücü sentyabrın 3-də keçirilən genişmiqyaslı hərbi parad zamanı dünyaya nümayiş etdirilib.
"Bloomberg" əlavə edir ki, ABŞ-nin regiondakı müttəfiqləri Vaşinqtonu etibarlı tərəfdaş kimi görməkdən əl çəkiblər. Agentlik qeyd edir ki, ABŞ-nin Prezident Donald Tramp dövründə apardığı siyasət Avstraliya və Yaponiyanı bir-birinə daha da yaxınlaşdırıb və onlar indi ikitərəfli əməkdaşlığı gücləndirməyə üstünlük verirlər.
Oxşar Xəbərlər:

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

Prezidentlər Birgə Bəyanat imzaladılar

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Qusarın yeni millət vəkili Rəşad Aslanov olacaq…..-Düztahir kəndinin sakinləri…-Video-Foto