29 avqust 2025
114
Yasamalda səhərə qədər tikinti aparılır, sakinlər yata bilmir - ŞİKAYƏT

Nə gecələri var, nə gündüzləri... Ekskovatorların səsi beton qarışdıran maşınların səsinə qarışır...Tikinti materaalları danışınır, qazıntı işləri aparılır, hündür mərtəbəli yaşayış kompleksinin tikintisi gecədən səhərədək davam edir...
Xezerxeber.az xəbər verir ki, görüntülər Yasamal rayonu " Nizami City" yaşayış kompleksindəndir.
Ərazidə yaşayan sakinlər səs-küydən təngə gəldiklərini deyrlər.
Özünü yaşayış kompleksinin iş icraçısı kimi təqdim edən şəxs iddiaların həqiqətə uyğun olmadığını dedi. Müsahibə verməkdən imtina edən iş icraçısı Zaur Nəcəfov iri tonnajlı yük avtomobillərinin, eləcə də betonqarışdıran maşınların gündüz saatlarında paytaxta daxil olmasının qadağan edildiyini əsas gətirdi.
O, qeyd edib ki, ayda 2-3 dəfə inşaata beton verilməlidir. Həmin günlər ola bilsin ki, beton gələn zaman işlər saat 23:00, 00:00, 01:00-a kimi getsin.
Yasamal Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məsələ diqqətdə saxlanılacaq.
Oxşar Xəbərlər:

Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... -NARAZILIQ VAR...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat