29 avqust 2025
90
Qurban Qurbanov püşkdən danışdı
“Qafqazinfo” xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında əvvəlcə azarkeşlərə təşəkkür edib:
“Öncə öz azarkeşlərimizə bir daha təşəkkür etmək istəyirəm. “Ferentsvaroş”la pley-offun cavab oyunu zamanı stadionda etdikləri azarkeşlik, göstərdikləri dəstək, yaratdıqları atmosferə görə hər birinə təşəkkür edirəm. Bizim azarkeşlər Çempionlar Liqasının Liqa mərhələsini görməyi haqq edirdilər. Onlar üçün çox sevinirəm ki, bu mövsüm Çempionlar Liqasının minimum 4 görüşünü Bakıda canlı izləyəcəklər. Dörd səfər qarşılaşmasına isə ən azı televiziya ilə baxmaq şansları olacaq”.
Qurban Qurbanov Liqa mərhələsindəki rəqiblər haqda da fikirlərini açıqlayıb:
“Qarşılaşacağımız komandaların hamısı çox ciddi rəqiblərdir. Öz ölkələrinin köklü, tarixi olan klublarıdır. “Liverpul”, “Çelsi”, “Ayaks”, “Napoli”, həmçinin digərləri “Benfika”, “Ayntraxt”, “Kopenhagen” və “Atletik” hamının yaxşı tanıdığı güclü komandalardır.
Çalışacağıq ki, bu matçlara yaxşı hazırlaşaq. Çünki bu turnir tam başqa bir səviyyədir. Çempionlar Liqasındakı həyəcan bir neçə dəfə artıq olur. Burada həm güc, həm sürət, həm oyunun gedişatı tam fərqlidir. Çox böyük məsuliyyət olduğunu başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq.
Oxşar Xəbərlər:

“Qarabağ” 8 il sonra ÇL-in əsas mərhələsində! - Yenilənib

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

İlham Əliyev və İrakli Kobaхidze mətbuata bəyanatlarla çıxış ediblər -YENİLƏNİB/FOTOLAR

UEFA Çempionlar Liqasında V tura bu gün yekun vurulacaq

Minimum əməkhaqqı və pensiya bu qədər ARTIRILACAQ
