28 avqust 2025
78
DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək
Dövlət Sosial Müdafiə Fondu yeni tender keçirib.Tribunainfo.az xəbər verir ki, dünən qurum nəticələri açıqlayıb.
Bəlli olub ki, DSMF balansında olan nəqliyyat vasitələrinin əsaslı təmiri xidmətlərinin satın alınmasını həyata keçirəcək. Bununla bağlı “BEST AUTO SERVİCE” MMC ilə müqavilə imzalanıb. Tərəflər işlərin görülməsi üçün 140 min 672 manata anlaşıblar.
Açıq mənbələrdən görünən odur ki, təmir ediləcək maşınların sayı elə də çox deyil. Məsələn, tərtib olunmuş siyahıda 1 ədəd “Khazar”, 1 ədəd “Honda Accord” və bir ədəd “Corolla” markalı avtomobillərdən, onlara təkər və ehtiyat hissələrinin alınmasından gedir.
Qeyd edək ki, “Auto Service” şirkəti “Auto Azerbaijan” MMC-nin tərkibində fəaliyyət göstərir. Peşəkar təmir xidməti göstərən şirkətlərdən sayılır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Fərda Uğur
Oxşar Xəbərlər:

Leyla və Arzu Əliyevalar Şamaxıda olublar

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)