28 avqust 2025
95
Ruslar Poltavaya kütləvi hücuma başlayıb
Rus ordusu Ukraynanın Poltava bölgəsinə kütləvi hücum keçib.Tribunainfo.az xəbər verir ki, ilk hücum dalğası artilleriya və PUA-larla müşahidə olunub.
Ukrayna mənbələri bildirir ki, hücum nəticəsində Poltavanın bir sıra yaşayış binaları və elektrik təsərrüfatına zərər dəyib. Poltava vilayətinin rəhbəri Vladimir Kohut bildirib ki, elektrik stansiyasının hədəfə alınması nəticəsində elektrik enerjisi verilişində problem yaranıb.
Bu gecə həmçinin Ukraynanın Donetsk vilayətində xoşagəlməz hadisə yaşanıb. Belə ki, Rusiya ordusunun hücumu nəticəsində vilayətin əsas elektrik stansiyası dağıdılıb. Nəticədə, Donbas kömür mədənlərində çalışan 146 nəfər işçi yer altında qalıb. Hazırda şaxtaçıların mədəndən çıxarılması üçün tədbir görülür.
Fərda Uğur
Oxşar Xəbərlər:

Leyla və Arzu Əliyevalar Şamaxıda olublar

Prezident və xanımı Patriarx Kirill ilə görüşüb – Fotolar+Yenilənib

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən ermənilərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatdı

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)