27 avqust 2025
86

Laçında 2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlanır


 

Laçında bərpa işləri ardıcıl olaraq Dövlət Proqramı əsasında davam edir.
Yenimeydan.info  xəbər verir ki, bu fikirləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Laçın şəhərinin bərpasının birinci mərhələsi başa çatıb.
“2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlayırıq. Buna uyğun olaraq, Laçın rayonu ərazisində 20-dən çox yeni məntəqənin tikintisi nəzərdə tutulur”.