24 avqust 2025
88
“5000 manat verdim, oğlumu işə düzəltmədi” – Cəlilabad sakini şikayətçi oldu
Cəlilabad rayonunun Seterxan küçəsində yaşayan Teymur İbrahimov Xanbala oğlu, rayon Yanğından Mühafizə xidmətinin əməkdaşı Taryel Əskərov Nabil oğlundan şikayətçidir.Şikayətçi Tribunainfo.az-a bildirib ki, 2022-ci ilin aprel ayında Taryel Əskərov onun oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə 5000 manat pul və sənədlərini alıb.Lakin iddiaya görə, ötən iki il ərzində Əskərov yalnız boş vədlər verib və iş məsələsini həll etməyib. Teymur İbrahimov ödənilən məbləğin geri qaytarılmasını tələb etsə də, artıq üç ildir ki, pulunu ala bilmir.
Dəniz Pənahova
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

Prezident əfv sərəncamı imzaladı – SİYAHI