23 avqust 2025
154
“Ukrayna ərazi güzəştinə məcbur edilməməlidir” - Kallas
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ nümayəndəsi bunu Rusiya Prezidenti Vladimir Putinin “tələsi” adlandırıb.
O, həmçinin vurğulayıb ki, Rusiya Ukraynada müharibəyə başlasa da, hələlik heç bir güzəştə getməyib.
“Rusiyanın bizdən istədiyi tələ də məhz budur. Bütün müzakirələr Ukraynanın nədən imtina etməli olduğu və Ukraynanın hansı güzəştlərə getməyə hazır olduğu üzərində dayansa da, Putin sadəcə gülür, ölümləri dayandırmır, əksinə, artırır”,- deyə, Kallas söyləyib.
Kallas həmçinin ABŞ Prezidenti Donald Trampın Putinlə avqustun 15-də Alyaskada keçirdiyi görüşə də münasibət bildirib.
Deyib ki, Putin istədiyi hər şeyi əldə edib. Bu da onun sülh sazişi üzrə danışıqlarda marağına təsir edəcək.
Oxşar Xəbərlər:

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

Putinin Rusiyaya xəyanəti:Ukraynanı ABŞ-a “təslim etdi”

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
