21 avqust 2025
67
ABŞ-dən “F-35”lərlə bağlı xahiş etdilər
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times” qəzeti bir sıra NATO ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Vaşinqtonda apardığı müzakirələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, avropalılar “F-35” qırıcılarının Rumıniyadakı hərbi hava qüvvələri bazasında yerləşdirilməsini istəyirlər.
Onlar, həmçinin Vaşinqtonun Ukraynanın GPS naviqasiya peyk sistemindən istifadə etmək üçün ABŞ peyklərinə və kəşfiyyatına çıxış əldə edəcəyinə zəmanət verməsini dəstəkləyirlər.
Bundan əlavə onlar ABŞ administrasiyasından Ukraynaya “Patriot” zenit-raket komplekslərinin, NASAMS zenit-raket komplekslərinin tədarükünə zəmanət verməsini və gələcəkdə Qara dəniz üzərində kəşfiyyat təyyarələrinin istifadəsinə icazə verilməsini istəyirlər.
Oxşar Xəbərlər:

Prezidentlər Birgə Bəyanat imzaladılar

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

“Qoca qitə”yə dərs:“Avropa NATO-su tədricən yaranacaq”
AZAL-ın təyyarəsinə qarşı təxribatda Rusiya izi - NƏ ETMƏLİ?

PENTAQONUN GİZLİ SƏNƏDLƏRİ ÜZƏ ÇIXDI – QARA DƏNİZDƏ BU ÖLKƏLƏR MÜHARİBƏ…
