19 avqust 2025
98
“Ərazi məsələsini Putinlə arazmızda müzakirə edəcəyik”
Yenimeydan.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Kiyev növbəti danışıqlar üçün şərt kimi atəşkəsdə israr etməyəcək.
“ABŞ Rusiya tərəfi ilə əlaqə saxladı və onlar hansı diplomatik addımların atıla biləcəyini müzakirə etdilər. Rusiya isə əvvəlcə Ukrayna ilə arasında ikitərəfli, sonra üçtərəfli görüş təklif etdi. Bəli, dediyim kimi, biz liderlər səviyyəsində istənilən formata hazırıq. Ona görə də təsdiqlədim və bütün Avropa liderləri məni dəstəklədilər ki, biz ikitərəfli görüşə hazırıq”, - deyə Zelenski bildirib.
O vurğulayıb ki, ərazi məsələsi yalnız Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunacaq.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR
“Oval kabinet qalmaqalı” Avropanı ABŞ-dan qopartdı:Tramp-Putin sövdələşməsi “legitim”liyini itirdi

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
