16 avqust 2025
82
ABŞ Prezidenti: Hələlik Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur
ABŞ Prezidenti Donald Tramp hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinə soyuq yanaşır.
Yenimeydan.info-nun məlumatına görə, ABŞ lideri bu barədə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşün nəticələrinə dair "Fox News" telekanalına müsahibəsində müvafiq sualı cavablandırarkən danışıb.
"Bu gün baş verənlərə görə düşünürəm ki, indi bunu düşünməyimə ehtiyac yoxdur", - deyə o bildirib. "Bilirsiniz, hesab edirəm ki, görüş çox yaxşı keçdi", - deyə Ağ Ev rəhbəri əlavə edib.
Bununla belə, o, gələcəkdə sanksiyalar məsələsinin gündəmə qayıda biləcəyini istisna etməyib. "Ola bilsin ki, iki və ya üç həftə sonra və ya bu kimi müddətdə bunu düşünməli olacağam, lakin məhz indi bunu düşünməyimizə ehtiyac yoxdur", - deyə Tramp qeyd edib.
Oxşar Xəbərlər:

Tramp hakimiyyətinin 100 günü:vədlər yerinə yetirilmədi, reytinq düşür

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

Tramp-Xamenei dialoqu alınacaqmı? -Vaşinqtonun jesti, Tehranın mesajı bu ehtimalı yüksəldir
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT

Zelenski: Ukrayna Ordusunun müharibədəki itkiləri Rusiyanınkından 5 dəfə azdır