15 avqust 2025
77

Nazir müavini: “Azərbaycanla məsləhətləşmələr aparmaq istəyirik”

   “Vaşinqton anlaşması  tarixi bir razılaşmadır və yalnız bölgədə deyil, həm də bütün dünyada rezonans doğurdu”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
O bildirib ki, bu razılaşma Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır. “Saziş regionda sabitlik və iqtisadi inkişaf üçün imkanlar yaradır”.
O deyib ki, “3+3” formatında növbəti görüşün İrəvan və ya Bakıda keçiriləcəyi gözlənilir. “Biz həmçinin Azərbaycan tərəfi ilə ikitərəfli məsləhətləşmələrin aparılması imkanını nəzərdən keçiririk”.
Fərda Uğur