08 avqust 2025
89
Bakı metrosunda körpə dünyaya gəlib
Bu gün metronun “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.Yenimeydan.info : Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, hadisə saat 07:40-da baş verib:
“Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.
Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar”.
Oxşar Xəbərlər:

Bakıda yeni tikiləcək 10 metro stansiyası harada yerləşəcək? - Sxem
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…

Prezident əfv sərəncamı imzaladı – SİYAHI