30 iyul 2025
93

Tanınmış şirkətin rəhbəri Nyu-Yorkdakı silahlı hücumda həyatını itirib

Tanınmış şirkətin rəhbəri Nyu-Yorkdakı silahlı hücumda həyatını itirib
ABŞ-nin Nyu-York şəhərində baş verən silahlı hücum nəticəsində 4 nəfər, o cümlədən "Blackstone" şirkətinin rəhbəri Uesli LePatner həyatını itirib.
İqtisadiyyat.az xəbər verir ki, hadisə bazar ertəsi günü Manhattan bölgəsində şirkətin baş ofisində baş verib. Rəsmi məlumata görə, hücum zamanı 1-i polis olmaqla 4 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Hadisəni törədənin Şeyn Tamura adlı şəxs olduğu və onun daha əvvəl psixi sağlamlıqla bağlı problemlərinin olduğu açıqlanıb.

Qeyd edək ki, LePatner "Blackstone"un "Core+ Real Estate" bölməsinin qlobal rəhbəri və "Blackstone Real Estate Income Trust"in baş direktoru vəzifəsində çalışırdı.