25 iyul 2025
81
Goranboyda ailə FACİƏSİ: Yeniyetmə ana və nənəsini öldürdü
Yenimeydan.info-nun məlumatına görə, hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü L. İsmayılova və onun anası 1948-ci il təvəllüdlü T. İsmayılova bıçaqlanaraq öldürüldüyü bildirilir.
Hadisəni L. İsmayılovanın yeniyetmə oğlunun törətdiyi ehtimal edilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.



