24 iyul 2025
89
Ehtiram Quliyevin rəhbəri olduğu “Huner Group”un “SumPark” layihəsində faciə -VİDEO

Tikintidə işləyən fəhlə torpaq altında qalaraq ölüb.
Yenimeydan.ifo-nun məlumatana görə, hadisə Sumqayıtda, “SumPark” tikinti şirkətinin ərazisində qeydə alınıb.
Məlumata görə, hadisə kanalizasiya xəttinin çəkilişi zamanı baş verib.
Fəhlə, 20 yaşlı Ariz Ağayarov torpaq sürüşməsi nəticəsində yaranan çökmənin altında qalaraq həyatını itirib. Əraziyə xilasedicilər çağırılsa da, artıq gec olub.
Hadisə ilə bağlı şirkətin mövqeyini öyrənmək üçün “SumPark” tikinti şirkətinin ofisinə müraciət etdik. Ofisdən bununla bağlı heç bir məlumat verilmədi. Prokurorluğun məlumatına görə, iyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edib.

Qeyd edək ki, Sumqayıt şəhərində “SumPark” yaşayış kompleksini tikintisini “Huner Group” həyata keçirir.

“Huner Group” rəhbəri Ehtiram Quliyevdir.
Oxşar Xəbərlər:

Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? /VİDEO+FOTOLAR

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

"Marmara Group"un təhsil və vergi FIRILDAĞI... -NARAZILIQ!

İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı

Prezident əfv sərəncamı imzaladı – SİYAHI