23 iyul 2025
83
Pezəşkian: İran uranın zənginləşdirilməsini davam etdirəcək
İran nüvə silahı əldə etməyə çalışmır, lakin beynəlxalq hüquq normalarına uyğun olaraq uranın zənginləşdirilməsini davam etdirəcək.
Yenimeydan.info -nun məlumatına görə, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezəşkian "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
"Biz nüvə silahına sahib olmağı tamamilə rədd edirik - bu bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir", - o xatırladıb.
Prezident vurğulayıb ki, İran "gələcəkdə beynəlxalq hüquq çərçivəsində öz ərazisində uranın zənginləşdirilməsini davam etdirəcək".
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

ABŞ-İran danışıqları:həll, yoxsa xəyanət?

İranın gizli planı: Üç ölkə xəbərdarlıq etdi

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA -Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir

Prezident əfv sərəncamı imzaladı – SİYAHI