23 iyul 2025
80
Ukrayna buna görə Azərbaycana təşəkkür etdi
Azərbaycan və Ukrayna İrpendə (Kiyev vilayəti) dörd sosial obyektin, o cümlədən idman məktəbi və incəsənət məktəbi tikintisinə dair sazişlər hazırlayır.Yenimeydan.info xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev məlumat verib.
2022-ci ildən bəri Azərbaycanda 300-dən çox ukraynalı uşaq reabilitasiyadan keçib.
Səfirin sözlərinə görə, yaxın vaxtlarda 30 nəfərlik daha iki qrup gələcək.
Y.Qusev artıq Sumı və Xarkov vilayətlərində minatəmizləmə üçün istifadə olunan “Revival-P” maşınına görə Bakıya təşəkkür edib.
Kiyev və Bakı, həmçinin ANAMA və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti arasında birgə təlim proqramları hazırlayır.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Minatəmizləmə Agentliyi satınalmalarda nə kimi qanun pozuntularına yol verir – ANAMA sədrinin diqqətinə
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
Sumı sakinləri artıq “ölüm zonasını” tərk edirlər - Düşmən gülləsi altında yaşam

Prezident əfv sərəncamı imzaladı – SİYAHI