21 iyul 2025
80
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “öldürdülər”
Xalq artisti Bilal Əliyev sosial şəbəkələrdə yayılan ölüm xəbərinə aydınlıq gətirib.Yenimeydan.info xəbər verir ki, müğənni Qaynarinfo-ya açıqlamasında hazırda Almaniyada istirahət etdiyini bildirib:
“Hər kimdirsə, əclaf, vicdansız, ailəsindən, heç nədən xəbəri olmayan insanlardır. Ayda 2-3 dəfə sosial şəbəkələrdə “Xalq artisti öldü” başlıqlı yazılar paylaşılır. Sağlam bir insan barəsində onun ölüm xəbərini yayır, özü də kefi necə istəyirsə, elə də yazır. Mən həmişə yalvarıram ki, Allah kafirlərin arzularını yerinə yetirməsin”.
Bilal Əliyev bir neçə gündən sonra Azərbaycana qayıdacağını vurğulayıb.
Xatırladaq ki, sosial şəbəkələrdə bir ayda 3 dəfə Xalq artisti Bilal Əliyevin ölüm xəbəri yayılıb.
Oxşar Xəbərlər:

“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
14 milyonluq dələduzluqda əlbirlik ittihamı verilə bilər