21 iyul 2025
91
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir
“Azərenerji” ASC 110/35/10 kV-luq “Naxçıvan” YS-nın yenidən qurulması, Naxçıvan enerji baş idarəsinin tikintisi və 110/35/10 kV-luq “Çeşməbasar” YS-nın yenidən qurulması üçün elan etdiyi tenderə yekun vurub.Yenimeydan.info “PostMedia” -a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Azconstruction” QSC olub.Qalib şirkətə 46 milyon 829 min 51 manat 18 qəpik ödəniləcək.Qeyd edək ki, “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayevdir.
Xatırladaq ki, 2024-cü il oktyabrın 5-də Azərbaycan Baş Nazirinin imzaladığı sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə Balababa Rzayevə şiddətli töhmət elan edilib.
Oxşar Xəbərlər:

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər
“Azərenerji” ASC-nin 2 milyardlıq zərəri, milyardlıq krediti və sədrinin 1 töhməti var

Balababa Rzayevə şiddətli töhmət verildi - Sərəncam

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ