14 iyul 2025
82
“Taxta bazarın”dakı yanğın tam söndürülüb -YENİLƏNİB/VİDEO
Bu gün Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan ərazidə yanğın baş verib.
Yenimeydan.info xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.
Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın tam söndürülüb.
Oxşar Xəbərlər:




