14 iyul 2025
95
Fəxrəddin Quliyevin videosundan qabaq oğlunun da videosu yayılıb - Şok faktlar VİDEO

Son günlər sosial şəbəkələrdə yayılan bəzi görüntülər Beyləqan rayon Mərkəzi Xəstəxanası ilə bağlı ciddi suallar doğurub. Məlumata görə, xəstəxananın poliklinika şöbəsinin müdiri Fəxrəddin Quliyevin şəxsi otağında qeyri-etik davranışlar nümayiş etdirdiyi anlar lentə alınıb və həmin görüntülər ictimaiyyətə sızdırılıb.
İddialara əsasən, həmin vaxt şöbə müdiri iş otağının qapısını bağlayaraq pasiyentləri qəbul etməmiş və şəxsi münasibətlər üçün xidməti məkandan istifadə etmişdir. Məsələ geniş müzakirələrə səbəb olub, xəstəxanada nəzarətin və idarəçiliyin zəifləməsi ilə əlaqələndirilib.
Görüntülərin yayılmasından sonra Fəxrəddin Quliyevin öz istəyi ilə vəzifəsindən ayrıldığı bildirilib. Hadisə ilə bağlı adı hallanan digər şəxs – Fəxrəddin Quliyevin oğlu, diş həkimi Fuad Quliyev də daha öncə bənzər bir qalmaqalla gündəmə gəlmiş və həmin hadisədən sonra vəzifədən uzaqlaşdırılmışdı. Hazırda o, həkim fəaliyyəti ilə məşğuldur.
Media tərəfindən əlaqə saxlanılmasına baxmayaraq, nə Fəxrəddin Quliyev, nə də oğlu baş verənlərlə bağlı şərh verməyib. Onların bildirdiyinə görə, məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi – baş həkim Şahlar Hüseynov və direktor Bayram Muradov məsələyə dair heç bir rəsmi açıqlama verməyib.
Oxşar Xəbərlər:

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Diş həkimindən reanimasiyaya - stomatoloq səhvi, yoxsa?

İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı

Prezident əfv sərəncamı imzaladı – SİYAHI