10 iyul 2025
102
Tovuzda bu kollecin rəhbəri yeni vəzifəyə gətirilir - EKSKLÜZİV
Tovuz Dövlət Sosial İqtisadi Kollecinin direktoru Hicran Əyyubova yeni vəzifəyə göndərilir.Təhsil media.az-a daxil olan eksklüziv məlumata görə, Hicran Əyyubova Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə rəhbər təyin olunacaq.
İddiaya görə, artıq Hicran Əyyubova üçün 3 aylıq sınaq müddəti təyin olunub. Bu müddət ərzində o, həm də Tovuz Dövlət Sosial İqtisadi Kollecinə nəzarəti həyata keçirəcək.
Məlumata görə, Hicran Əyyubovanın həyat yoldaşı da Tovuzda kollecdə tədris işləri üzrə direktor müavinidir .
Xatırladaq ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Hicran Əyyubova Tovuzdakı kollecə 2024-cü ildə direktor təyin edilib.
TəhsilMedia.az
Oxşar Xəbərlər:

KOLLECDƏ QALMAQAL: Valideyn "vermişəm", direktor "almamışam" deyir -VİDEO

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru gülünc vəziyyətinə düşüb - Ödənilməyən 7 aylıq əmək haqqının "səbəbi"

UNEC nəzdində Sosial-İqtisadi Kollecində nə baş verir?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI