25 iyun 2025
120
Ərdoğan Trampla görüşdü
Yenimeydan.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, görüşdə ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Türkiyə lideri bildirib ki, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollar hədəfinə çatdırmağı asanlaşdıracaq.
O, Trampın səyləri ilə İsrail və İran arasında əldə olunmuş atəşkəs rejimini məmnuniyyətlə qarşılayıb və bunun daimi olacağına ümidvar olduğunu bildirib.
Ərdoğan Qəzzada baş verən humanitar faciənin tezliklə başa çatmasında və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində sıx dialoqun vacibliyini vurğulayıb.
Oxşar Xəbərlər:

Prezidentlər Birgə Bəyanat imzaladılar

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
