Müğənni Aysel Manaflı həmkarı Vəfa Şərifovanın polisə şikayət edib.
Buna səbəb Vəfanın Ayseli açıq-saçıq görüntüləri ilə şantaj etməsi olub. Aysel video yayaraq bildirib ki, Vəfa onun görüntülərinin əlində olduğunu iddia edir.
A.Manafova eyni zamanda V.Şərifovanın uşaqlarının atası, iş adamı Famil Xəlilovun da ona hədə-qorxu gəldiyini bildirib:
"Vəfa məni təhdid edir, şər atır ki, əlində oteldə çəkilən əxlaqsız görüntülərim var. Hətta onun bir neçə şəxsə göndərdiyini deyir. Ona dəfələrlə bildirdim ki, məni təhdid edirsən, böhtan atırsan. O isə israrla o videogörüntünün mənə məxsus olduğunu vurğulayır və mənim şərəf, ləyaqətimi alçaldır.
Hətta bu azmış kimi Vəfa Şərifovanın uşaqlarının atası, iş adamı Famil Xəlilov mənə şər ataraq yalan danışmaqda ittiham edir. Xahiş edirəm, haqq- ədalət bərqərar olunsun, hər iki şəxs cəzalandırılsın. Mənə etdikləri ilə bağlı əlimdə tutarlı sübutlarım da var".
Müğənni Vəfa ilə telefon danışığını yayıb.(axşam.az)
18 iyun 2025
100
Vəfa Şərifovadan polisə şikayət edildi —VİDEO


Oxşar Xəbərlər:

Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş

Şou-biznesdəki təzə “Həci”: Emin Hüseynov kimdir? - İLGİNC FAKTLAR...

Əhməd Əhmədovun tükürpədici ifadəsi elan olundu – MƏHKƏMƏ İŞİ

AAK sədri gəncləri Prezidentə qarşı qoyur

Prezident əfv sərəncamı imzaladı – SİYAHI