17 iyun 2025
79

İsmayıllıda oğul atasının boğazını kəsdi

 İsmayıllıda oğul atasının boğazını kəsməkdə şübhəli bilinir.
Yenimeydan.info xəbər veirr ki, 1994-cü il təvəllüdlü İsmayıllı rayonunun Talıstan kənd sakini Kənan Bəhlul oğlu Əzizov aralarında yaranmış mübahisə zamanı atası, 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizovun qarın və boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən Kənan Bəhlul oğlu Əzizov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.